Geri qayıt Çap et

Ramana qəsəbəsində faciə: Uşaq dəmir barmaqlıqlar arasında boğularaq öldü

Bakının Sabunçu rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

2018-ci il təvəllüdlü Y.A. yaşadığı evin həyətində metal barmaqlıqlar arasından keçməyə çalışarkən başı barmaqlıqlar arasında ilişib.

Nəticədə uşaq boğulma səbəbindən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.