Geri qayıt Çap et

63 yaşlı kişi 5 tonluq maşının altında CAN VERDİ

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, Rəhman Allahverdiyev idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 63 yaşlı İman Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.