Geri qayıt Çap et

Bakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDI

Bakıda aptek bazada meyit tapılıb.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsində yerləşən köhnə aptek bazada qeydə alınıb.

Orada mühafizəçi işləyən, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.