Geri qayıt Çap et

İmişlidə toy yasa döndü: 24 yaşlı gənc qəfil öldü

İmişli rayonunda keçirilən toy mərasimi zamanı ölüm hadisəsi baş verib.

Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə avqustun 23-də saat 23:00 radələrində İmişli şəhəri, Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.

Məmmədəli kənd sakini, 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlının səhhəti qəfil pisləşib və o, həyatını itirib.

İlkin məlumata görə, gəncin ürəktutmadan vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.