Geri qayıt Çap et

Bakıda FACİƏ: Şəkidən olan iki gənc dənizdə batdı

Bakıda iki nəfər dənizdə batıb.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Pirşağı və Bilgəh çimərliklərində olub.

Şəki rayon sakinləri - 20 yaşlı Nihat Rəhman oğlu Səlimov və 26 yaşlı İntiqam Nəriman oğlu Məmmədov dənizdə çimərkən doğularaq ölüblər.

Hər iki şəxsin meyitləri sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.