Geri qayıt Çap et

Sabunçuda ağır qəza: 60 yaşlı qadın hadisə yerində öldü

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Denmedia.az “Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Elvin Tofiq oğlu Cəlilovun idarə etdiyi “Mercedes E 200” markalı avtomobil Sabunçu qəsəbəsi ərazisində 1966-cı il təvəllüdlü Mehriban Bəşir qızı Nağıyevanı vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.