Geri qayıt Çap et

Diyallı–Təzəkənd yolunda ağır qəza: xəsarət alanlar var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az report-a istinadən xəbər verir ki, qəza Diyallı–Təzəkənd avtomobil yolunda qeydə alınıb.

“Niva” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda həkim nəzarətindədirlər.

Qəzanın səbəbləri və digər təfərrüatları araşdırılır.