Geri qayıt Çap et

Dənizdə boğulduğu deyilən 5 uşaq atası ölkədən çıxıbmış – Astarada müəmmalı olay

Avqustun 19-da saat l9 radələrində Masallı rayon sakini, 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərlikdə boğulması və meyitinin suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 5 uşaq atası olan Elmar Məmmədlinin əslində dənizdə boğulmadığı müəyyənləşib.

Araşdırma zamanı məlum olub ki, o, avqustun 20-də – itkin düşməsi barədə məlumat verilməsindən bir gün sonra hava yolu ilə ölkə hüdudlarını tərk edib.

Araşdırmalar davam etdirilir.