Geri qayıt Çap et

Psixiatriya xəstəxanasında 30 yaşlı şəxsin meyiti tapıldı

Qazax Rayon Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.

Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Xəstəxanada Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü R.Qarayevin meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmaya başlanılıb.