Geri qayıt Çap et

Ov tüfəngindən atəş açıldı - 15 yaşlı yeniyetmə öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.

Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Dağ İrmaşlı kəndində 2011-ci il təvəllüdlü yeniyetmə - Elqam Cəfərov ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.