Geri qayıt Çap et

Astarada dənizə girən 5 uşaq atası yoxa çıxdı

Astara rayonunda bir nəfərin dənizdə batdığı bildirilir.

Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilində yerləşən “Bulvar” ərazisində baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda, nəzarətsiz ərazidə qeydə alınıb.

Axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Qeyd edək , dənizdə itkin düşən şəxs Masallı rayonunun Kosagül kənd sakini, 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədlidir. O, yaxın qohumları ilə birlikdə çimmək üçün dənizə gəlibmiş.

Elmar Məmmədlinin 5 uşaq atası olduğu bildirilir.

Nazirlik hazırda Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışların aparıldığını bildirib.