Geri qayıt Çap et

Mənzildən oğurlanan 10 min manatlıq qızılın izi belə tapıldı

Yasamal rayonunda mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 52 yaşlı N. Babayeva müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

DenMedia.az