Geri qayıt Çap et

Şəmkirdə ağır qəza faciə ilə nəticələndi: 5 nəfər öldü

Şəmkirdə ağır yol qəzası baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” və “KİA” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar olub.

Daha sonra ölənlərin sayı 4-ə çatıb.

Son məlumata görə, yol qəzasında ikisi uşaq olmaqla 5 nəfər ölüb.