Geri qayıt Çap et

Samuxda qəza törədən avtomobil aşdı: Ata və oğlu yaralandı

Samuxda yol qəzası baş verib.

DenMedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb

İlkin məkumata görə, sürücü qarşısına çıxan maneədən qorunmaq məqsədilə idarəetməni itirib və VAZ 2107 markalı avtomobil qəza törədib.

Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.