Geri qayıt Çap et

Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi öldü

Bakıda daş karxanasında bədbəxt hadisə nəticəsində 65 yaşlı Rabil Zərbəliyev həyatını itirib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı Cəlilabad rayon sakininin karxanada iş görərkən ehtiyatsızlıq etdiyi bildirilir.

İlkin məlumata görə, Rabil Zərbəliyev mişardan aldığı xəsarət nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.