Geri qayıt Çap et

Hacıqabulda maşın piyadanı vurub öldürdü

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçən Şirvan sakini, 1966-cı il təvəllüdlü Valeh Hüseynovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.