Geri qayıt Çap et

Gəncədə evdə yeniyetmə qızın meyiti tapıldı

Gəncə şəhərində evlərdən birində yeniyetmə qızın meyiti aşkarlanıb.

DenMedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə göndərilib.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir, ölüm səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.