Geri qayıt Çap et

Ucarda motosiklet piyadanı vurdu, iki nəfər yaralandı

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub.

Nəticədə motosikletin sürücüsü Q. Qasımov və piyada M. Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.