Geri qayıt Çap et

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

Zaqatalada ağır yol qəzası olub.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb.

Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.