Geri qayıt Çap et

Ucarda “Mercedes” velosipedçini vurub öldürdü

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az apa-ya istinadla xəbər verir ki, qəza gecə saatlarında Bakı–Qazax magistralının Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü R.Mehdəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil velosipedçini vurub.

Velosipedçi aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.