Geri qayıt Çap et

Qobustanda "Hyundai" dirəyə çırpıldı, sürücü öldü

Qobustanda ölümlə nəticələnən yol qəzası olub.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Təklə kəndi ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.

Araşdırma aparılır.