Geri qayıt Çap et

ABŞ-də ağır yük helikopteri qəzaya uğradı: 2 nəfər öldü

ABŞ-də ağır yükdaşıma qabiliyyətinə malik ikimühərrikli “Sikorsky S-64” helikopteri qəzaya uğrayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) RİA Novosti-yə verdiyi məlumata görə, hadisə avqustun 7-də Yuta ştatının Riçfild şəhərində baş verib.

Qəza zamanı helikopterin göyərtəsində 2 nəfər olub və onların hər ikisi həyatını itirib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Denmedia.az