Geri qayıt Çap et

Şəmkirdə sürücü sükan arxasında həyatını itirdi

Şəmkir rayonunda sürücü sükan arxasında ölüb.

Denmedia.az xəbər verir ki, hadisə avqustun 6-sı saat 18 radələrində Şəmkir şəhəri ərazisində baş verib.

Şəhər sakini 1968-ci il təvəllüdlü Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi VAZ-21074 markalı avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib və maşın səkiyə çırpılıb. Sürücü ürək çatışmazlığından sükan arxasında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.