Geri qayıt Çap et

Beyləqanda kanalda batan gəncin axtarışları davam edir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Beyləqan rayonunun Birinci Şahsevən kəndindən keçən "Yeni Xan qızı" kanalında bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun ehtimal olunan batma yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Nazirlik əlavə məlumat daxil olduqca ictimaiyyətə açıqlama veriləcəyini bildirib.

Denmedia.az