Geri qayıt Çap et

Almaniyada iki tramvay toqquşdu: 30-a yaxın yaralı var

Almaniyanın Gelsenkirxen şəhərində iki tramvayın toqquşması nəticəsində 30-a yaxın insan yaralanıb.

DPA agentliyi yerli polisə istinadən xəbər verir ki, qəza şəhərin mərkəzi hissəsində, Veltins-Arena stadionunun yaxınlığında baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 7 nəfər ağır xəsarət alıb, onlardan 3-nün vəziyyəti həyati təhlükəli qiymətləndirilir.

İlkin məlumata əsasən, qəza təlim məqsədilə istifadə olunan tramvayın dayanmasından sonra baş verib. Ardınca sərnişin tramvayı həmin nəqliyyat vasitəsinə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır.

Denmedia.az