Geri qayıt Çap et

İmişlidə faciə: 5 yaşlı uşaq traktorun altında qalaraq öldü

İmişli rayonunda 5 yaşlı uşaq traktorun altında qalaraq həyatını itirib.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində baş verib.

Məlumata əsasən, 2021-ci il təvəllüdlü Ömər Xəlilov velosiped sürərkən traktorun altında qalıb.

Ağır xəsarətlər alan uşaq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.