Geri qayıt Çap et

Tərtərdə ailə faciəsi: ər-arvad yanıb öldülər

Tərtərdə dəhşətli yanğın hadisəsi olub.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Burada yaşayış evlərinin birində güclü yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürüldükdən sonra mənzildən 2 meyit aşkarlanıb. Faciəvi şəkildə yanaraq ölənlərin ev sahibi Səmədov Əsgər Vəli oğlu və arvadı Hüseynova Adilə Soltan qızına məxsus olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.