Geri qayıt Çap et

Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü

Gürcüstanda azərbaycanlı gənc yol qəzasında həlak olub.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Marneuli bələdiyyəsinin Sadaxlı kəndində qeydə alınıb.

Qəza nəticəsində BMW markalı avtomobilin sürücüsü, 30 yaşlı Akşin Cəlilov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.