Geri qayıt Çap et

Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə R.Məmmədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, 4 yaşlı İ.Q. yaşadığı mənzilin 13-cü mərtəbəsindəki pəncərədən ehtiyatsızlıq nəticəsində yıxılıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.