Geri qayıt Çap et

Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Denmedia.az report-a istinadən xəbər verir ki, qəza Sülh prospektində baş verib.

İlkin məlumata əsasən, “Land Rover Discovery”, “Toyota Camry”, “Kia Sorento” və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində dörd avtomobilə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.