Geri qayıt Çap et

Bakı–Qazax magistralında faciə: sürücünün həyat yoldaşı öldü

Bakı–Qazax avtomobil magistralının 108-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, qəza Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. KAMAZ markalı yük avtomobili ilə BYD markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində BYD-nin sürücüsü yüngül xəsarətlər alıb, avtomobildə olan həyat yoldaşı — 1979-cu il təvəllüdlü, Beyləqan rayon sakini Svetlana İbadova isə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.