Geri qayıt Çap et

“Şamaxı”nın 13 yaşlı futbolçusu yol qəzasının qurbanı oldu

“Şamaxı” futbol klubu ağır itki ilə üzləşib.

Klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.

Azyaşlı futbolçu bu gün Qax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Hadisə nəticəsində bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Allah rəhmət eləsin. Yaxınlarına, ailəsinə və “Şamaxı” futbol klubunun kollektivinə dərin hüznlə başsağlığı veririk.

Denmedia.az