Geri qayıt Çap et

Aşıq Hüseyn Saraçlının nəvəsi dünyasını dəyişdi

Gürcüstanda yaşamış məşhur el sənətçisi Aşıq Hüseyn Saraçlının nəvəsi Mehdi Həsənov Bakıda vəfat edib.

Denmedia.az xəbər verir ki, 47 yaşlı Mehdi Həsənov bədbəxt hadisə nəticəsində həyatını itirib.

Onun cənazəsinin bu gün Gürcüstana aparılaraq dəfn ediləcəyi bildirilir.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.