Geri qayıt Çap et

Lerikdə gecə saatlarında zəlzələ baş verdi

Lerik rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01:47-də, Lerik stansiyasından 16 kilometr şərqdə baş verib.

Zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Denmedia.az