Geri qayıt Çap et

Bakıda kişini maşın vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində qeydə alınıb.

Eminov Emin Samir oğlunun idarə etdiyi avtomobil yolu keçən piyada Əliyev Həsənbala Fəxrəddin oğlunu vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb.