Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində çimmək üçün nəzərdə tutulmayan ərazidə faciə baş verib. Dörd nəfər sahildən təxminən 1 kilometr aralıda suda köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə dərhal Dövlət Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Axtarış-xilasetmə əməliyyatı nəticəsində 39 yaşlı Aysel Əliyeva, 16 yaşlı Elmira Rüstəmova və 7 yaşlı Nuray Rüstəmova xilas edilib.
13 yaşlı Aylin Rüstəmovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəzarətsiz və çimmək üçün nəzərdə tutulmayan ərazilərdə suya girməməyə, eləcə də küləkli havada dənizə daxil olmamağa çağırıb.