Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ailə faciəsi baş verib.
Denmedia.az qafqazinfo.az xəbər verir ki, rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi nəticəsində həyatını itirib.
Onun yüksək qan təzyiqi səbəbindən vəfat etdiyi bildirilir.
Oğlunun ölüm xəbərini alan Elvarın anası Fatimə xanım da bir müddət sonra qəfil ürək tutmasından dünyasını dəyişib.
Məlumata görə, qadın oğlunun qəfil ölümündən sonra ağır sarsıntı keçirib.