Xəzər dənizinin Azərbaycan sektorunda 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 03:04-də qeydə alınıb.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.