Geri qayıt Çap et

"Al Market" mağazasında yanğın baş verdi

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, "Şuşa şəhərciyi" kimi tanınan ərazidə yerləşən "Al Market" mağazasında yanğın baş verib.

Denmedia.az report-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb olunub.rr

FHN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Sabunçu rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.