Geri qayıt Çap et

Göyçayda avtomobil piyadanın üstündən keçdi: Hadisə yerindən görüntülər-VİDEO

Göyçayda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Denmedia.az-ın verdiyi verdiyi məlumata görə, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay-Ucar avtomobil yolunun Potu kəndindən keçən hissəsində qeydə alınıb. İlkin verilən məlumata görə, hərəkətdə olan "Vaz-21010" markalı minik maşını piyadanı vurub. Hadisə nəticəsində bir piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Əlibala Əsgərov