Geri qayıt Çap et

Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğuldu

Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Denmedia.az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən meyvə bağında qeydə alınıb.

Məlumata görə, rayon sakini olan 21 yaşlı gənc çimmək üçün girdiyi suvarma hovuzunda boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DenMedia.az