Geri qayıt Çap et

Salyanda ağır qəza: 2 nəfər öldü

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.