Geri qayıt Çap et

Avtomobil yoldan çıxıb maneəyə çırpıldı: sürücünün vəziyyəti ağırdır

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlham Rəsul oğlu Məmmədov ağır bədən xəsarətləri alıb.

Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.