Geri qayıt Çap et

"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verdi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

Məlumatı Müdafiə Sənayesi Nazirliyi yayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır. 

DenMedia.az