Geri qayıt Çap et

Xocavənddə yanğın — minalar müdaxiləni çətinləşdirir

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib. 

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Ərazinin minalarla çirklənməsi yanğının söndürülməsini çətinləşdirir.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.