Geri qayıt Çap et

Ağdaşda 46 yaşlı qadın yüksək hərarətlə xəstəxanaya gətirildi, həyatını itirdi

Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yüksək hərarətlə daxil olan qadın vəfat edib. 

DenMedia.az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.

Ölən şəxsin 1980-ci il təvəllüdlü Azadə Əliyeva olduğu bildirilib.

İlkin ehtimala görə, qadının ölümü yüksək hərarətlə bağlı ola bilər. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra müəyyən ediləcək.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.