Geri qayıt Çap et

Naxçıvanda yol qəzası: Yaralılar xəstəxanaya yerləşdirildi

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az report-a istinadən xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

İki “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri — 1993-cü il təvəllüdlü Mirəli Mirməhdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılaraq hospitalizasiya olunublar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.