Geri qayıt Çap et

Biləsuvarda üç avtomobil toqquşdu: Sürücü öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az report-a istinadən xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, üç avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü Şərifağa Amanov həyatını itirib.

Hadisədən sonra “VAZ-2107” tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.