Geri qayıt Çap et

Qubada hamilə qadın xəstəxanada öldü

Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının ölümü qeydə alınıb.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, 5 aylıq hamilə qadının antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.