Geri qayıt Çap et

Şəmkirdə qəza: üç nəfər yaralandı - FOTO

Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, qəza Şəmkir–Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan VAZ-21012 və "Volkswagen Passat" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.